• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Almatıda TDT-nin Şuşa Sammitinin gündəliyi müzakirə olunub

SİYASƏT

01 Iyun 2024 | 16:36 | Müəllif: Gülşən Şərif

Almatıda TDT-nin Şuşa Sammitinin gündəliyi müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almatıda Türk Dövlətləri Təşkilatı Prezidentlərinin Diplomatik Müşavirlərinin/Köməkçilərinin 2-ci Toplantısında iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” platformasında bildirib.

“Biz təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik və qarşıdan gələn qeyri-rəsmi Şuşa Sammitinin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının gələcək institusional inkişafını da. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dünyası bizim ailəmizdir!” - deyə Hicmət Hacıyev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026