• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Fransız mətbuatı: Erkən seçki qərarı Makronun sonu oldu

SİYASƏT

01 Iyul 2024 | 11:41

Fransız mətbuatı: Erkən seçki qərarı Makronun sonu oldu

Fransa mətbuatı növbədənkənar seçkilərin Fransa prezidenti Emmanuel Makronun siyasətinə təsirlərinə toxunub. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, "Challenges" jurnalının "2024-cü il ümumi seçkiləri: Kral Makronun səltənətinin sonu" başlıqlı yazıda Makronun Milli Məclisi buraxmaqla öz süqutuna səbəb olduğu qeyd edilib.

Bildirilib ki, Fransanın keçmiş baş naziri Eduard Filipp, hazırkı iqtisadiyyat naziri Bruno le Mer və daxili işlər naziri Gerald Darmani Makronun tənəzzülünü daha da sürətləndirib.

"Bu seçkilər Makronizmin hakimiyyətinin sonunu göstərə bilər" - yazıda vurğulanıb.

Qeyd edək ki, Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərinin ilkin nəticələrinə görə "Milli Birlik" (Mari Le Pen tərəfdarları) 34% səs toplayıb.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

02 Iyul 2024