• Bakı 29° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

“Xəbərə baxan hinduşkanın dadı olar?” - Elgiz Əkbər

MƏDƏNİYYƏT-ŞOU

03 Iyul 2024 | 10:16

“Xəbərə baxan hinduşkanın dadı olar?” - Elgiz Əkbər

“İndi hər şey süniləşib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Elgiz Əkbər deyib.

Aparıcı müasir insanlardan gileylənib:

“Hər şey süni olub. İnsanlardan tutmuş digər varlıqlara qədər. Hər şey dəyişib. O gün dostumla danışıram. Söhbət quşlardan düşdü. Deyir ki, “mən gedib Daşkəsənin hansısa kəndindən hinduşka alıb gətirirəm”. Deyir “qardaş, mən hər gün xəbərlərə baxan hinduşkanı neynirəm? Kondisionerin altında oturan hinduşka nəyimə lazımdır? Hinduşka öyrəşib ki, hava isti olanda “quq- quq-quq” edir ki, kondisioneri yandır”. Xəbərə baxan hinduşkanın dadı nə olar? İndi insanlar da belədir. Çox dəyişiliblər, özlərini başqa adama çeviriblər”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR