• Bakı 29° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Avtomobil işıq dirəyinə çırpıldı -  sürücü öldü

HADİSƏ

03 Iyul 2024 | 10:00

Avtomobil işıq dirəyinə çırpıldı -  sürücü öldü

Şəki rayonunun Cəfərabad kəndi ərazisində ölümlə nəticələnən avtoqəza olub.

Bakıvaxtı.az xəbər verir ki, İbrahimov Əliəskər İdris oğlu sürücülük hüququ əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi "Vaz 2107" markalı avtomobili yolun kənarında olan işıq dirəyinə çırpıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin İbrahimova Mehriban Xəyyam qızı isə burun qanaxması, hər iki baldırın sıyrılmış yarası xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


SON XƏBƏRLƏR