• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Avtomobilin xəndəyə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

HADİSƏ

01 Avqust 2024 | 13:35

Avtomobilin xəndəyə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gəncədə avtomobilin yolda qazılan xəndəyə düşməsi ilə bağlı məlumat vermişdik. Sürücülər 3 avtomobilin həmin xəndəyə düşdüyünü qeyd edirdilər. 

Bakıvaxtı.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən  bildirilib ki, Gəncə Sukanal İdarəsinin iyulun 25-dən şəhərin Üzeyir Hacıbəyli küçəsindəki 300 dm-lik su xəttində apardığı təmir işləri zamanı təhlükəsizlik qaydalarına tam əməl olunub. 

“Qazıntının mühafizə zolağı lentlənib və təhlükəsizlik nişanları ilə təmin edilib. Fotolardan da aydın görünür ki, avtomobil idarəetməni itirdiyinə görə məhz həmin təhlükəsizlik zolağını və xəbərdarlıq nişanlarını vurub dağıdaraq su xəttinin təmiri məqsədilə qazılan xəndəyə düşüb. 

Gəncə Sukanal İdarəsinin Ü.Hacıbəyli küçəsindən keçən su xəttində aparılan təmir işləri zamanı iyulun 26-sı ərazidə yüngül qəza törədən avtomobilin sürücüsü idarəetməni itirdiyinə görə təhlükəsizlik zolağını dağıdaraq yüngül xəsarət almışdı. 

Avtomobil qəzası baş verən gecə həmin küçədən çəkilən videogörüntünü və avqustun 1-i çəkilən fotonu təqdim edirik. Hər iki görüntüdən bir daha məlum olur ki, Sukanal İdarəsinin ərazidə apardığı təmir işləri zamanı təhlükəsizlik qaydalarına tam əməl olunub”, - açıqlamada qeyd olunur.  

Qurumdan həmçinin bildirilib ki, Ü.Hacıbəyli küçəsindən keçən polad boru istismar müddəti bitdiyindən hissə-hissə dəyişdirilir və bu gün səhər saatlarında təmir, bərpa, yenilənmə işləri başa çatıb. Qafqazinfo


SON XƏBƏRLƏR