• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sumqayıtda yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 58 min 62 protokol tərtib edilib

HADİSƏ

31 Avqust 2024 | 10:10

Sumqayıtda yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 58 min 62 protokol tərtib edilib

Bu ilin səkkiz ayında Sumqayıtda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunlardan 156-sı avtomobili sərxoş vəziyyətdə, 102-si narkotiklərin təsiri altında idarə edən, 199-u piyadalara yol verməyən, 11-i avtoxuliqanlıq edən, 5 min 3-ü üfüqi nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib.

Həmçinin,ilin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026