• Bakı 20° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Sumqayıtda yataqxanada PARTLAYIŞ

HADİSƏ

29 Sentyabr 2024 | 21:17

Sumqayıtda yataqxanada PARTLAYIŞ

Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Sakinlər binadan təxliyə edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

29 Sentyabr 2024