• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Qəbələdə ağır yol qəzası - piyada öldü

HADİSƏ

29 Oktyabr 2024 | 16:43

Qəbələdə ağır yol qəzası - piyada öldü

Qəbələ rayonunda avtomobilin vurduğu piyada ölüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-da saat 15 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində Ruslan Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü Nurlan Abbasəliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026