• Bakı C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı

HADİSƏ

28 Noyabr 2024 | 10:38

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində iki nəfər şəhər sakininə məxsus nəqliyyat vasitələrinə, həmçinin müvafiq məhkəmə qərarı əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinə baxış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

    Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 210 000 ədəd siqaret aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    18 Yanvar 2026
    17 Yanvar 2026