• Bakı 29° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Kimsə deputat olandan sonra "mən siyasətə qarışmıram " deyirsə...

SİYASƏT

03 Iyul 2024 | 10:00

Kimsə deputat olandan sonra mən siyasətə qarışmıram deyirsə...

Məlum olduğu kimi, Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb.

Bakıvaxtı.az xatırladır ki, Milli Məclisə növbədənkənar seçkilər üçün seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i dayandırılacaq. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalıdır. Səsvermənin başlanmasına 24 saat qalmış isə dayandırmalıdırlar.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq.

Artıq ölkədəki partiyalar, ictimai-siyasi təşkilatlar, ayrı-ayrı şəxslər növbədənkənar seçkilərə hazırlığa başlayıblar. Seçkiyə ciddi hazırlıq görən partiyalardan biri də AĞ Partiyadır.

AĞ partiyanın sədr müavini Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, seçkiyə hazırlıq prosesinə start veriblər.

Onun sözlərinə görə, 68 nəfər səlahiyyətli nümayəndənin müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib:

"Bu gün nümayəndələrimiz qeydə alınmalıdır. Hələlik sənəd-sünəd işləri ilə məşğuluq, bunlar da xeyli vaxt aparır və sözün açığı, bir az çətindir. Bitərəf namizədlər üçün seçkiyə qatılmaq asan prosedurdur. Partiya halında parlament seçkisində iştirak ciddi və genişmiqyaslı prosesdir. Biz növbədənkənar seçkiyə AĞ partiya olaraq gedirik və namizədlərimizin adı partiya siyahısından irəli sürüləcək. Yaxın günlərdə namizədlərimizin də sənədini təqdim edəcəyik. Təxminən, 60 civarında deputatlığa namizədimiz var. Təbii ki, bu, son deyil, dəqiqləşmələrdən sonra yeni namizədlər də çıxa bilər. Yaxud, mövcud siyahıdan kimlərsə çıxdaş ola bilər. Bir neçə namizədin dairələri də artıq müəyyənləşib".

Əhəd Məmmədli: Bir mətni belə oxuya bilməyənlərin parlamentdə nə işi var?

Əhəd Məmmədlinin "Yeni dönəmin yeni parlamenti necə, kimlərdən formalaşmalıdır" sualına cavabı belə olub:

"Hər zaman demişik ki, Milli Məclisin əsas tərkibi siyasətçilərdən ibarət olmalıdır. Parlamentdə partiyalar söz sahibi olmalıdır. Siyasətlə də peşəkarlar məşğul olmalıdır. Yoxsa kimsə deputat seçilirsə, sonra "mən siyasətə qarışmıram, yaxud yeni məşğul oluram" deyirsə, onların parlamentdə yeri yoxdur. Bir mətni belə oxuya bilməyən deputatların orada nə işi var?”

Müsahibimiz bu dəfə parlamentin fərqli, rəngarəng, rəqabətli olacağına və cavanlaşacağna ümid edir.

Aydın Baxış


SON XƏBƏRLƏR