• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Britaniya səfirindən Azərbaycan cüdoçusu ilə bağlı PAYLAŞIM

SİYASƏT

01 Avqust 2024 | 20:52

Britaniya səfirindən Azərbaycan cüdoçusu ilə bağlı PAYLAŞIM

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld cüdoçumuz Zelim Kotsoyevin olimpia çempionu olması ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Fergus Auld “X” sosial şəbəkə hesabında bunları yazıb:

“Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı Cüdokalar Parisdə xarüqələr yaradır”.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən idmançımız final mərhələsində gürcüstanlı idmançıya qalib gəlib.


SON XƏBƏRLƏR