• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

AVRO-2024: Niderland Rumıniyaya qalib gəldi  - YENİLƏNİB

İDMAN

02 Iyul 2024 | 22:06

AVRO-2024: Niderland Rumıniyaya qalib gəldi  - YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen yekun nəticəni müəyyənləşdirib.

1/4 finala yüksələn Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.

21:58

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "narıncılar" üstünlüklərini bir qədər də möhkəmləndiriblər. - 2:0.

83-cü dəqiqədə Doniell Malen fərqlənib.

21:07

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda "narıncılar" 1:0 hesabı ilə öndədirlər.

20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.

20:53

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "narıncılar" fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar. 

20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.

 

20:26

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "narıncılar" 20-ci dəqiqədə hesabda önə çıxıblar.

Qodi Qakpo dəqiq zərbə müəllifi olub.

 

***20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.


SON XƏBƏRLƏR