Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Bakıvaxtı.az Zelim Kotsoyevin olimpiya çempionu titulunu qazandıqdan sonrakı görüntülərinə təqdim edir:
***
20:07
Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu adını qazanıb.
Bununla Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.
Bundan əvvəl cüdoçu 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov qızıl medal qazanmışdı.
***
18:52
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Bakıvaxtı.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.
Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.
***
14:42
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Bakıvaxtı.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.
Görüşdən videonu təqdim edirik.
***
13:14
Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Zelim Kotsoyev mübarizəyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.