Paris-2024 Yay Paralimpiya Oyunları davam edir. Bu gün paraüzgüçümüz Roman Saleh də mübarizəyə qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, idmançımız S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda ümumi sıralamada ikinci pillədə (1:01.29) qərarlaşaraq finala vəsiqə qazanıb.
Final bu axşam Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
















