• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat 

İDMAN

30 Sentyabr 2024 | 09:25

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.

Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026