• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanın üç güləşçisi dünya çempionu oldu - YENİLƏNİB

İDMAN

30 Oktyabr 2024 | 00:12 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın üç güləşçisi dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, idmançı finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli dünya çempionatında qızıl medala yiyələniblər.


***22:27

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələnib.


***22:14

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026