İspaniyanın "Real" klubu Portuqaliya millisinin futbolçusu Vitinya ilə maraqlanır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "El Gol Digital" nəşri məlumat yayıb.
Bildirilib ki, "Kral klubu" İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Rodridən imtina edib və bütün diqqətini Fransa çempionu PSJ-də çıxış edən oyunçuya yönəldib.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsüm Paris təmsilçisində 14 oyun keçirib və 2 qolla yadda qalıb.