İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka əməliyyat olunub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta bildirib.
Mütəxəssis futbolçunun uzun müddət oynamayacağını deyib.
Qeyd edək ki, 23 yaşlı ingiltərəli futbolçu XVII turda, "Kristal Pelas"la matçın 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Hücumçu cari mövsüm "topçular"ın heyətində İngiltərə Premyer Liqasında meydana çıxdığı16 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.