Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu gələcəkdə böyük klubun sahibi olmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə "Globe Soccer Awards"ın mükafatlandırma mərasimində açıqlama verib.
O, məşqçi kimi çalışmaq istəmədiyini söyləyib:
"Heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox. Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma mən böyük klubun sahibi olacağam".
Qeyd edək ki, "Globe Soccer Awards" Ronaldunu Yaxın Şərqin ən yaxşı futbolçusu seçib.