90,71 kq çəki dərəcəsində Ümumdünya Boks Assosiasiyasının (WBA Gold) qızıl kəmərini qazanmış puerto-rikolu idmançı Pol Bamba 35 yaşında vəfat edib.
Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə idmançının meneceri Şaffer Smit bildirib.
Qızıl kəməri qazandıqdan bir həftə sonra həyatını itirən boksçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, P.Bamba dekabrın 21-də meksikalı Rohelio Medina Lunaya qarşı döyüşün 6-cı raundunda texniki nokautla qalib gələrək WBA-nın qızıl kəmərini qazanmışdı.