• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin Tokayevlə təyyarə qəzasından danışdı

DÜNYA

28 Dekabr 2024 | 20:17 | Müəllif: Subhan Mahmudov

Putin Tokayevlə təyyarə qəzasından danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon əlaqəsi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının həlak olması ilə bağlı bir-birinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıblar.

Tokayev və Putin qəzanın səbəblərini müəyyən etmək üçün tərəflərin gördüyü işləri müzakirə ediblər.

Bildirilib ki, hərtərəfli və şəffaf istintaqın təmin edilməsi vacibdir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrhaxlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026