• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Netanyahu ABŞ-yə səfər etməyi planlaşdırır

DÜNYA

27 Yanvar 2025 | 17:10

Netanyahu ABŞ-yə səfər etməyi planlaşdırır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

"Baş nazir Netanyahu fevralın ilk həftəsində Ağ Evdə Prezident Trampla görüşməyi planlaşdırır", - mənbələr bildirib.

Qeyd olunur ki, Netanyahu bu il yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Ağ Evə görüşə gələcək ilk dövlət lideri olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026