Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, danışıqlarda hər iki ölkənin diplomatik nümayəndəliklərinin işi ilə bağlı məsələlər müzakirə olunacaq.
Lavrov qeyd edib ki, İstanbul danışıqlarının nəticələrinə əsasən, bu istiqamətdə nə qədər sürətli və effektiv irəliləyişin mümkün olacağı bəlli olacaq.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.
Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.