• Bakı 18° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Papuaşvili: Aİ Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır

DÜNYA

28 Mart 2025 | 11:20

Papuaşvili: Aİ Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır

Avropa İttifaqı ölkələrinin hökumətləri Baltikyanı ölkələrin kaprizlərinə uymamalı, bu mənfi dövrü qıraraq Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri həmin ölkənin parlament sədri Şalva Papuaşvili sosial media hesabında paylaşıb.

Spikerin sözlərinə görə, Baltikyanı ölkələrin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmələrinə baxmayaraq, onların bu prinsiplərə real dünyada ciddi yanaşmadığı görünür.

Papuaşvili qeyd edib ki, ölkənin keçmiş prezidenti Salome Zurabişvilinin son günlərdə Baltikyanı ölkələrə səfəri bu dövlətlərin və Avropa bürokratiyasının Gürcüstana problemli münasibətini açıq şəkildə nümayiş etdirib.


SON XƏBƏRLƏR

30 Mart 2025