Avstraliyanın şərqindəki Mərkəzi Kvinslend sahillərində köpək balığının hücumu nəticəsində bir nəfər ölüb.
Bakıvaxtı.az Sinxua agentliyinə istinadla xəbər verir ki, 40 yaşlı şəxs ailə üzvləri ilə birgə balıq tutmağa gedib. Daha sonra köpək balığı ona xəsarət yetirib.
Kvinslend Polis Xidmətinin məlumatına görə, il ərzində Avstraliya sularında daha dörd köpəkbalığı hücumu hadisəsi qeydə alınıb.