Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığında Fidan Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib.
H.Fidan PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilməyəcəyini qeyd edib.