• Bakı C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

XİN: Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqətdə saxlanılıb

SİYASƏT

28 Dekabr 2024 | 16:28

XİN: Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqətdə saxlanılıb

Bu il Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

    Qərbi Azərbaycan İcmasının müvafiq müraciətlərinin BMT və digər beynəlxalq platformalarda rəsmi sənədlər kimi yayılması təmin olunub. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı, İcmanın hüquqlarının pozulduğunu, dialoqa başlamaq və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışlarını təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüquqlarının Ermənistan tərəfindən rədd edildiyi vurğulanıb.


    SON XƏBƏRLƏR

    28 Dekabr 2024