• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Braziliyalı voleybolçu: "Azərbaycana heyran oldum"

İDMAN

28 Dekabr 2024 | 17:40 | Müəllif: Əli Hüseynov

Braziliyalı voleybolçu: "Azərbaycana heyran oldum"

“Azərbaycana heyran oldum”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Gəncə” komandasının braziliyalı oyunçusu Karoline Perotto deyib.

O, ölkəmizdə oynamağa qərar verdiyi üçün xoşbəxt olduğunu bildirib: “Çox gözəl ölkəniz var. Bura gəldiyim üçün peşman deyiləm. Azərbaycandakı tarixi yerləri xoşlayıram. Xüsusilə də dağlarınız möhtəşəmdir. İnsanlarınız mehriban və qonaqpərvərdirlər. Sadəcə, ünsiyyət qurmaqda çətinlik çəkirəm. Çünki bəziləri ingilis dilində rahat danışa bilmirlər”.

Voleybolçu ölkə çempionatındakı məqsədlərindən söz açıb: “Hədəfimiz çempion olmaqdır. Bunu bacaracaq gücə sahib olduğumuzu düşünürəm. Mövsümün əvvəlində Azərbaycan Kubokunu qazanmağa çox yaxın idik. Həmin yarışda yaxşı oyunlarımız oldu. Təəssüf ki, finalda “Abşeron”a məğlub olduq. Daha uğurlu ola bilərik”.

Qeyd edək ki, “Gəncə” komandası 4 turdan sonra topladığı 7 xalla 3-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026