Rusiyalı məşqçi Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, Çerçesov 2024-cü ilin iyun ayında Qazaxıstan millisinin baş məşqçisi təyin olunub.
Müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyi bildirilib.