"Beşiktaş" Türkiyə Kubokunda növbəti qələbəsini qazanaraq pley-off mərhələsinə yüksəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, İstanbul təmsilçisi D qrupunun III turunda "Antalyaspor"un qonağı olub.
Qarşılaşma "ağ-qaralar"ın qalibiyyəti ilə bitib - 2:1. İstanbul təmsilçisinin heyətində Keni Arroyo (10) və Rafa Silva (76) fərqləniblər.
Meydan sahiblərinin yeganə qolunu isə 64-cü dəqiqədə Deni Miloşeviç vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Beşiktaş" 9 xalla qrupu lider kimi başa vuraraq pley-offa adlayıb.