• Bakı 14° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Liverpul"un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

İDMAN

27 Mart 2025 | 17:12

Liverpulun futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

İngiltərənin "Liverpul" klubunun futbolçusu Carell Kuansa Premyer Liqada klubunu dəyişə bilər.

Bakıvaxtı.az "The Times" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl" müdafiəçi ilə maraqlanır.

Klub rəhbərliyi yayda 22 yaşlı oyunçu ilə müqavilə imzalamaq niyyətindədir. Lakin Mersisayd təmsilçisinin bu keçid üçün böyük məbləğ tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Carel Kuansanın "Liverpul"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bu komandada 22 oyunda meydana çıxıb.


SON XƏBƏRLƏR

30 Mart 2025