• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Premyer Liqanın favoritləri açıqlanıb

İDMAN

28 Dekabr 2024 | 17:25 | Müəllif: Əli Hüseynov

Premyer Liqanın favoritləri açıqlanıb

İngiltərə Premyer Liqasının favoritləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, “Opta” komandaların çempionluq ehtimallarını açıqlayıb.

17 turdan sonra 42 xalla çempionatın lideri olan “Liverpul”un şansları daha yüksək qiymətləndirilir. Mersisaydlıların çempionluq ehtimalı 87,8 faizdir.

Bir oyun çox keçirsə də, 6 xal geridə olan “Arsenal”da bu rəqəm 10,7 faizdir. “Çelsi”nin qızıl medallara ümidi 1,3 faizdir. Uğursuz zolağında olan “Mançester Siti”nin şansı 0,2 faizlə dəyərləndirilir.

Qeyd edək ki, 18 matça çıxan “Çelsi”nin 35, “Mançester Siti”nin 34 xalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026