• Bakı 25° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Fiko: "Ukrayna macəranın əvəzini öz ərazisi ilə ödəyəcək"

DÜNYA

28 Dekabr 2024 | 15:17

Fiko: Ukrayna macəranın əvəzini öz ərazisi ilə ödəyəcək

 "Ukrayna rəhbərliyi ölkəsini fəlakətə aparır, Kiyev bu macəranın əvəzini ərazi itkisi və xarici qoşunların olması ilə ödəyəcək". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko "Facebook" hesabında yazıb.

O, paylaşımında Slovakiyanın müharibəyə açıq dəstək verən Qərb siyasətçilərinə aid olmaq istəmədiyini bildirib.

"Heç vaxt razı olmayacağam ki, hər hansı bir geosiyasi maraqlar naminə slavyanlar bir-birini öldürsünlər. Ukrayna prezidentinin niyə atəşkəsdən imtina etdiyini,, Ukraynanın siyasi rəhbərliyinin bütün ölkəni niyə fəlakətə sürüklədiyini başa düşmürəm. Çünki Ukraynanın mümkün danışıqlarda mövqeyi hər gün pisləşir", - deyə nazir qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026