• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Qazaxıstan və Çin arasında yük daşımalarının həcmi 29 milyon tonu ötüb

DÜNYA

27 Yanvar 2025 | 14:30

Qazaxıstan və Çin arasında yük daşımalarının həcmi 29 milyon tonu ötüb

2024-cü ilin 11 ayı ərzində Qazaxıstan və Çin arasında yük daşımalarının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 29,3 milyon ton təşkil edib.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljaz Bektenov ilə Çinin Qazaxıstandakı səfiri Han Çunlin arasında keçirilən görüşdə bildirilib.

Yük daşımalarının daha da artırılması üçün Qazaxıstan-Çin sərhədində yeni buraxılış məntəqələrinin yaradılması və mövcud olanların modernləşdirilməsi, həmçinin sərhədyanı gəmiçiliyin inkişafı üzrə birgə tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

2024-cü ilin yekunlarına görə, Qazaxıstan və Çin arasında ikitərəfli ticarət dövriyyəsi 9 faiz artaraq 43,8 milyard dollar təşkil edib.


SON XƏBƏRLƏR