q
  • Bakı 14° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Gürcüstanda “xarici agentlər” haqqında qanun sərtləşdirilir

DÜNYA

26 Fevral 2025 | 13:25

Gürcüstanda “xarici agentlər” haqqında qanun sərtləşdirilir

Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında" qanunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə cinayət məsuliyyəti müəyyən ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, hakim “Gürcü Arzusu”nun təqdim etdiyi və ABŞ-də qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun sözbəsöz tərcüməsi olduğu bildirilən qanun layihəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik nəzərdə tutulub.

Təklifə əsasən “Xarici agentlərin qeydiyyatı haqqında qanun”un pozulmasına görə cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, ötən il etirazlar fonunda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulan tələblərə əməl edilməməsinə görə inzibati cərimələr nəzərdə tutulur.


SON XƏBƏRLƏR

17 Aprel 2026