"Qəza baş verən gün bir çoxu yazırdı ki, dənizə niyə oturmayıb, bəlkə hamı sağ qalardı. İndi yazırlar ki, dənizə yönəldib iz itirmək istəyirdilər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
"Heç kəsdə sual yaranmır “Niyə”?! Rusiya bilərəkdən niyə bizim mülki təyyarəmizi vursun? Həm də Rusiya, Qazaxstan, Qırğızıstan, Azərbaycan vətəndaşları olan təyyarə? Məni bu sual çox narahat edir. Təyyarə avtobus deyil, istədiyi kimi hərəkət edə bilsin, ən uyğun və mümkün olan istiqamətdə enişə yönləndirilir. Dəqiq enmə sistemləri işləmədiyi üçün hava şəraiti tam əlverişli olmalıdır enmək üçün, görünüş məsafəsi az olduğunda eniş etmək mümkünsüz və təhlükəlidir. Başqa təyyarələr uçur hava məkanında. İnsanları doğru məlumatlandırın" deyə, sənətçi paylaşımında yazıb.