Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Azərbaycan və Rusiya XİN başçıları dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisələrin inkişafını müzakirə ediblər.
















