• Bakı C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi qaydası hazırlanacaq

SİYASƏT

27 Yanvar 2025 | 17:23

Kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi qaydası hazırlanacaq

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası hazırlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi barədə” imzaladığı Fərmanda əksini tapıb.

    Fərmana əsasən, Nazirlər Kabineti hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydasını və müddətini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


    SON XƏBƏRLƏR

    28 Yanvar 2025