• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Moldova Dnestryanıya qaz tədarük edəcək

İQTİSADİYYAT

28 Yanvar 2025 | 15:34

Moldova Dnestryanıya qaz tədarük edəcək

Avropa İttifaqının 30 milyon avroluq qrantı hesabına Moldovadan Dnestryanıya qaz nəqli yanvarın 28-dən fevralın 10-dək həyata keçiriləcək.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat katibi Daniel Voda Moldpres məlumat verib.

O, bildirib ki, Avropa İttifaqı "Energocom" şirkətinə təbii qazı azad bazardan almağa icazə vermək üçün 30 milyon avro həcmində fövqəladə qrant təklif edib:

"Dnestr çayının sol sahili bu təklifə razı olarsa, çatdırılma Aİ-nin yardım paketinin bir hissəsi olacaq. Əks halda 3 milyon kubmetr martın 1-dən əvvəl geri qaytarılmalı və ya bazar qiyməti ilə "Tiraspoltransqaz" tərəfindən ödənilməlidir. Bu kontekstdə Kişinyov və Brüsselin təklif etdiyi həll birbaşa insanların xeyrinədir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Yanvar 2025