• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycan nefti BAHALAŞDI

İQTİSADİYYAT

27 Fevral 2025 | 09:26

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,04 % artaraq 75,18 ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,86 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,09 % artaraq 73,90 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026