• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelenski Netanyahu ilə nə danışıb?

DÜNYA

28 Yanvar 2025 | 20:52 | Müəllif: Subhan Mahmudov

Zelenski Netanyahu ilə nə danışıb?

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında yazıb.

“Mən ona Auşvits-Birkenau şəhərinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirakım barədə məlumat verdim. Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, - deyə Zelenski yazıb.

Bundan əlavə, Ukrayna lideri özünün də qeyd etdiyi kimi, israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb. O, əlavə edib ki, Netanyahu ilə ABŞ və xüsusilə Prezident Donald Trampla münasibətləri ayrıca müzakirə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026