• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Putin: Tramp administrasiyası praqmatizm nümayiş etdirir

DÜNYA

27 Fevral 2025 | 17:30

Putin: Tramp administrasiyası praqmatizm nümayiş etdirir

Rusiya Federasiyasının prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən toplantıda Federal Təhlükəsizlik Xidmətinin rəsmilərinə müraciət edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Dünyanın sürətlə dəyişdiyini bildirən Putin qeyd edib: 

"ABŞ rəhbərliyi ilə ilk təmaslar ümidvericidir. Dövlətlərarası münasibətlərin yenidən qurulması, dünyada yığılıb qalmış sistemli və strateji problemlərin mərhələli şəkildə həlli istiqamətində qarşılıqlı əməkdaşlıq niyyəti var".

Bu problemlərin Ukrayna da daxil olmaqla regional böhranlara səbəb olduğuna diqqət çəkən Rusiya prezidenti diqqətə çatdırıb ki, Rusiya-Amerika təmaslarının bərpasından hər kəs məmnundur.

Putin vurğulayıb ki, Rusiya diplomatiya və təhlükəsizlik xidmətlərinin bütün imkanlarından istifadə etməklə bu cür təxribat cəhdlərinin qarşısını almalıdır. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Aprel 2025