• Bakı 13° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Almaniyada avtosalon yaxınlığında yeddi "Tesla" avtomobili yanıb

DÜNYA

29 Mart 2025 | 16:24

Almaniyada avtosalon yaxınlığında yeddi Tesla avtomobili yanıb

Almaniyanın şimalında Ottersberq icmasında yerləşən firmanın avtosalonu yaxınlığında yeddi "Tesla" avtomobili yanıb.

Bakıvaxtı.az Almaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.


SON XƏBƏRLƏR

31 Mart 2025