Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi xəbər verir.
Hökumət orqanlarının məlumatına görə, hadisə nəticəsində 43 nəfər yaralanıb.
Qeyd olunub ki, daha əvvəl təxliyə edilmiş 6 885 nəfər hələ də evlərinə qayıtmayıb.
Meşə yanğınlarından zərər çəkənlərə yardım göstərmək üçün xeyriyyə təşkilatları vasitəsilə təxminən 55,4 milyard von ($37,7 milyon) ianə toplanıb.