• Bakı 11° C

    13.08 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

ABŞ Yəmənə zərbə endirib - 68 ölü, 47 yaralı - YENİLƏNİB

DÜNYA

28 Aprel 2025 | 11:31

ABŞ Yəmənə zərbə endirib - 68 ölü, 47 yaralı - YENİLƏNİB

Yəmənin şimal-qərbindəki Saada şəhərində Afrika ölkələrindən olan miqrantların saxlanma mərkəzinə ABŞ Silahlı Qüvvələri tərəfindən endirilən zərbələr nəticəsində ən azı 68 nəfər həlak olub, 47 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının nəzarətində olan Al Masirah televiziya kanalı məlumat yayıb.

Əvvəllər kanal 35 ölü və 50 yaralı barədə məlumat vermişdi. Onun məlumatına görə, yaralıların əksəriyyətinin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Kanalın iddiasına görə, hücum zamanı mərkəzdə 115 miqrant olub.

***

10:16

ABŞ ordusunun Yəmənin şimal-qərbindəki Saada şəhərində Afrika ölkələrindən olan miqrantların saxlandığı mərkəzə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, daha azı 50 yaralı yerli xəstəxanaya çatdırılıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.


SON XƏBƏRLƏR