Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində uçmuş yaşayış binasının dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi məlumat verib.
Hazırda xilasedicilər uçmuş 12 mərtəbəli binanın dağıntıları altında xilasetmə işləri aparırlar.
Qeyd edək ki, Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.
Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.