• Bakı 13° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Lula da Silva Putinlə Ukraynada sülhü müzakirə etməyi planlaşdırır

DÜNYA

29 Mart 2025 | 14:59

Lula da Silva Putinlə Ukraynada sülhü müzakirə etməyi planlaşdırır

Braziliya Prezidenti Lula da Silva Moskvaya səfəri zamanı Rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vyetnama dövlət səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz (Braziliya və Çin) Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin başlanmasına ümid edirik", - o bildirib.

Lula da Silva Rusiya və Çinə səfərləri zamanı Ukraynada nizamlanmanı müzakirə etməyi planlaşdırdığını qeyd edib: "Bu görüşlərdə mən Ukraynada sülh məsələsini müzakirə etmək niyyətindəyəm".


SON XƏBƏRLƏR

31 Mart 2025