• Bakı 17° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Vasitəçilər Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər

DÜNYA

29 Mart 2025 | 16:45

Vasitəçilər Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər

Qətər və Misir Qəzza zolağında beş İsrail girovunun azad edilməsini və 50 günlük atəşkəsi nəzərdə tutan yeni atəşkəs müqaviləsi bağlamaq üçün HƏMAS və İsraillə məsləhətləşmələr aparır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

"Misir və Qətər nümayəndə heyətləri İd əl-Fitr bayramı ərəfəsində Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq məqsədilə münaqişə tərəfləri ilə danışıqlar aparır", - kanalın həmsöhbətləri bildirib.

Onların məlumatına görə, yeni təklif beş girovun bir sıra fələstinli məhbuslarla mübadiləsi və 50 günlük atəşkəs nəzərdə tutur.


SON XƏBƏRLƏR

31 Mart 2025