• Bakı 13° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

DÜNYA

29 Mart 2025 | 15:17

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tairath" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bundan əlavə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb.

Qeyd olunub ki, ən çox insan - 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib. Myanmada baş verən zəlzələdən sonra Tailandda 50-dən çox afterşok qeydə alınıb.


SON XƏBƏRLƏR

31 Mart 2025