• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Paşinyan ordu qarşısında konkret vəzifə qoydu

DÜNYA

28 Yanvar 2025 | 20:46

Paşinyan ordu qarşısında konkret vəzifə qoydu

Paşinyan Ermənistanın milli təhlükəsizlik strategiyasında dəyişiklik etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Silahlı Qüvvələrinin yaradılmasının ildönümündə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, ordunun əsas vəzifəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyini qorumaq olmalıdır.

"Təbii ki, milli təhlükəsizlik strategiyası yaxın gələcəkdə dəyişdiriləcək və transformasiya olunacaq. Ordu qarşısında konkret vəzifə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyinin qorunmasıdır. Bu modelə əməl edilməli, yeni və modernləşdirilmiş müdafiə qabiliyyətinə malik ordu qurulmalıdır. Ümid edirəm ki, birlikdə 29 743 kvadrat kilometr ərazisi olan Ermənistan Respublikasını inkişaf etmiş və xoşbəxt ölkəyə çevirəcəyik", - Paşinyan vurğulayıb.

Lakin o, strategiyaya hansı dəyişikliklərin ediləcəyini dəqiq açıqlamayıb. /Globalinfo.az 


SON XƏBƏRLƏR

29 Yanvar 2025